Aktrisa Əminə Yusifqızının səhhəti qəfil pisləşib

11:52 | 21.09.2022
Aktrisa Əminə Yusifqızının səhhəti qəfil pisləşib

Aktrisa Əminə Yusifqızının səhhəti qəfil pisləşib

85 yaşlı xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti qəfil pisləşib. Bu barədə aktrisanın özü Report agentliyinə bildirib. 
 
"Bir neçə gündür səhhətimdə problemlər yaranıb və özümü yaxşı hiss etmirəm. Bir həftədir yemək yeyə bilmirəm",  - aktrisa bildirib.
 
Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi  onlarla filmdə və televiziya tamaşalarında çəkilib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM