Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub - Yenilənib

19:25 | 02.01.2025
Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub - Yenilənib

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub - Yenilənib

Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.
 
 16:35

Aktyor İlkin Həsəni Oxu.Aza-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.

Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
 
15:58
Aktyor Azər Baxşəliyev vəfat edib. 

Uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.

Azər Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi, donor axtarılırdı.

Baxşəliyev "Bozbash pictures”də "Ağsaqqal” obrazı ilə məşhurlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM