“Albalı Plus” xidmət şəbəkəsini genişləndirir

17:38 | 11.06.2014
“Albalı Plus” xidmət şəbəkəsini genişləndirir

“Albalı Plus” xidmət şəbəkəsini genişləndirir

“Albalı Plus” (“Albalı”) sahibləri istədikləri filmi, istədikləri vaxt izləyə biləcəklər. Hətta kart sahibləri dostlarını sevimli filmlərinin nümayişinə dəvət edə bilərlər. Bunun üçün isə nağd pulun olması vacib deyil. Çünki, “Albalı Plus” (“Albalı”) kartı kart sahiblərinə bu əminliyi yaradır. Artıq “Park Bulvar” və “Metropark”da yerləşən “Park Cinema”da baxımlı və maraqlı filmlərə biletləri  “Albalı Plus” (“Albalı”) isə əldə edib, dəyərini 1 ay ərzində ödəmək imkanı qazanacaqlar. Bir aylıq “Albalı Plus” (“Albalı”) şoppinq festivalı davam edir. Ölkənin ən öndə gedən, brend mağazalarının yerləşdiyi ticarət mərkəzlərində (“28 Mall”, “MetroPark”, “Park Bulvar” və “AuraPark” (Gəncə ş.) ) iyunun 15-dək “Albalı Plus” (“Albalı”) ilə alış-veriş edib və faizsiz əlavə 1 taksit qazanmaq mümkündür. Festival boyu edilən hər alış-veriş, müştəriyə 10.000 manatlıq uduş fondu olan lotereyada iştirak etmək və qalib olmaq şansı qazandıracaq. Hər 10 manatlıq alış-veriş bir şans (seçilmiş TM-lərdə 2 şans) sayılır. Amma hədiyyələr bununla bitmir. “Albalı Plus” (“Albalı”) şoppinq festivalına qatılan hər kəsi, onlarla sevimli brend mağazalarından xüsusi hədiyyələr və endirimlər gözləyir. Festival müddəti ərzində - 15 iyunadək Qoşul! Fərqlən! Faydalan! platformasına yeni qoşulan “Albalı Plus” (“Albalı”)  kart istifadəçilərinə 200 bal hədiyyə veriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür