Şotlandiyalı sabiq məşqçi Aleks Ferqyuson komadan ayılıb.
Anews.az xəbər verir ki, mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı mütəxəssis hələ də Salford xəstəxanasının reanimasiya şöbəsindədir.
Ancaq o, artıq otura, ailəsi və dostları ilə danışa bilir. Həkimlər məşhur məşqçinin tezliklə sağalacağına dair müsbət proqnoz versələr də, tam bərpa prosesinin uzun sürəcəyini bildirirlər.
Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə İngiltərənin "Mançester Yunayted” komandasının baş məşqçisi olub. O, bu müddətdə 38 titul qazanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !