Aleksandr Sobyanin: “Nə üçün diasporunuz Dilqəm Əsgərovu Rusiyadan tələb etmir?"

18:24 | 10.02.2015
Aleksandr Sobyanin: “Nə üçün diasporunuz Dilqəm Əsgərovu Rusiyadan tələb etmir?

Aleksandr Sobyanin: “Nə üçün diasporunuz Dilqəm Əsgərovu Rusiyadan tələb etmir?"

ANN.Az  Sərhədyanı Əməkdaşlıq Strateji Planlama Birlyinin rəhbəri və Strateji Konyuktur Mərkəzinin ekspertlər birliyinin üzvü Aleksandr Sobyanin ilə müsahibəni təqdim edir

- Gümrü hadisəsi erməni-rus münasibətlərinə necə təsir edə bilər?

-  İndidən demək olar ki, erməni-rus münasibətlərinin  kəsilməsi gözlənilmir. Ancaq belə bir risk real idi. Bütün bunlar çox ağıllı, düşünülmüş provakasiya idi. Bu hadisənin məqsədi Ermənistan əhalisini küçələrə tökərək anti-rus və anti-Rusiya şüarları səsləndirmək və Sarkisyan rejimini yıxaraq Ermənistanı qərbə tərəf çəkmək idi. Nə üçün məhz bu günlərdə bunu etmək istədilər? Çünki yarım ildən sonra artıq bunu etmək mümkünsüz olacaqdı. Artıq həmin vaxt Ermənistan və Qırğızıstan Avrasiyanın bütün reqlamentlərinə daxil olmuş olacaq.  

- Siz provakasiya deyəndə, öldürülmə faktını, yoxsa onun ardınca gələn xalq etirazlarını nəzərdə tutursunuz?

- Anti-Rusiya şüarları əgər qismən səmimidirsə, qismən də düşünülmüş işdir. Provakasiya dedikdə mən qatilin, daha dəqiq Permyakovun, zombiləşdirilməsini nəzərdə tuturam. Artıq məlumdur ki, onun ailəsi ABŞ-la birbaşa bağlılığı olan sektaya mənsubdur. Onların keşişi də ABŞ vətəndaşıdır. Artıq biz bilirik ki, məhkəmə Rusiya yurisdiksiyası altında, amma Ermənistanda keçiriləcək.

- Bu günlərdə müşahidə edirik ki, Rusiya bir ailəni öldürən və faktiki günahı sübuta yetirilən qatili Ermənistana verməyə tələsmir. Ancaq eyni zamanda Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovun işğal olunmuş Kəlbəcər rayonunda  erməni silahlı qüvvələri tərəfindən qanunsuz olaraq tutulmasına heç bir münasibət bildirmir.  Daha sonra ona qarşı cinayət işi açıldı və o casusluq və kimliyi bilinməyən bir uşağın öldürülməsində, separatistlərin məhkəməsi tərəfindən təqsirli bilinərək ömürlük həbs cəzası verildi.  Yəni, faktiki olaraq, Əsgərov girov kimi saxlanılır, amma Rusiya tərəfi bu məsələyə qəti maraq göstərmir. Bu ikili standart deyilmi?

- Rusiya Xarici İşlər Nazirliyinin və Müsətqil Dövlətlər Birliyi ilə Əməkdaşlıq Agentliyinin fəaliyyətində çatışmazlıqlar kifayət qədərdir. Mən özüm mətbuat vasitəsi ilə onların yumşaq siyasət konsepsiyalarını çox tənqid etmişəm. Çox zaman onlar qeyri-effektiv fəaliyyət göstərir. Xüsusən də Rusiya vətəndaşlarının hüquqlarını və biznesmenlərinin fəaliyyətini müdafiə etməkdə axsayırlar. Bunun üzərinə onu da əlavə edim ki, onlar çox zaman bu və ya digər ölkə ilə də əməkdaşlığa xələl gətirmək istəmirlər. Yeri gəlmişkən, Moskvada son dərəcə güclü Azərbaycan diasporası var. Nə üçün onlar bu məsələni qaldırmır? Onların Rusiyanın siyasi hakimiyyət nümayəndələrinə təsir  imkanları çox böyükdür.  Və bu sual Bakıdan daha çox, Rusiya azərbaycanlılarını narahat etməlidir. Ancaq mən, səmimi şəkildə deyirəm ki, onların Dilqəm Əsgərov məsələsini Rusiya hakimiyyət orqanları qarşısında qaldırdıqlarını eşitməmişəm.  

- 2015-ci il Azərbaycan-Rusiya münasibətlərindən nə gözləyirsiz?


- Pis heç nə gözləmək lazım deyil. Mən məsələn, Rusiyanın heç bir bloka qoşulmayan ölkələr ilə isti münasibətlər qurmasını alqışlayıram. Birinci növbədə bura Azərbaycan və Özbəkistanı aid edirəm.
 
Çünki ABŞ, Qərb ilə Rusiyanın münasibətlərinin pisləşməsi Azərbaycan, Qazaxıstan kimi ölkələrin iqtisadi durumuna mənfi təsir edə bilər. Qeyd etdiyim kimi, burda əsas məsələ həmin ölkələrin iqtisadiyyatı ilə bağlıdır.  
 
Həmid Həmidov
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM