Separatçı NADAN - Köşə

11:05 | 27.02.2015
Separatçı NADAN - Köşə

Separatçı NADAN - Köşə

Həmid Həmidov

Yəqin, siz də fikir vermisiniz ki, separatçıların eyni üzü olur - bir az yad, bir az qəribə, amma ən əsası intellektual havası və heç bir şübhəyə yer verməyən bir üz...

Separatist heç vaxt öz hərəkətlərinin və sözlərinin doğru-düzgünlüyünə şübhə etməyən dini fanatik kimidir. Və bu, vacibdir. Bu, onu bu hərəkətlərə sürükləyənlər üçün lazımdır.

Erməni separatistlərinin sifətlərini yadınıza salın. Hə, Koçaryanın, Sarkisyanın üzlərinə bir baxın. TV-lərə baxın, internetdə axtarın. Daha sonra indiki "DXR” (Donetks Xalq Respublikası) və "LXR” (Luqansk Xalq Respublikası) adlandırılan qurumların liderlərinin üzlərinə baxın. Bu üzlər, demək olar, bütün rus İnternet-KİV-lərinin və televiziyalarının gündəmindədir.

Aleksandr Zaxarçenko, Denis Puşilin, İqor Plotniskiy...Və "Motorololar”, eləmi?

Başa düşürəm, hətta anlayıram ki, insanları üzlərinə görə yaxşı və pislərə ayırmaq tam anlamıyla bölücülük və faşizmdir. Amma axı, burada hər şey açıq aydındır. Bu üzlərdə intellektin kölgəsinə rast gələ bilməzsiniz. Onların danışığı, kasad dil imkanları, dostlar, bütün bunlar göstəricidir.

Düşünürsünüz ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına səs vermiş insanlar arasında ziyalı insanlar yox idi? Vardı.

Yaxud,  bəlkə "Novorosiya” ideyasının "bülbül”lərinin hamısının şaxtaçılardan və traktorçulardan ibarət olduğunu düşünürsünüz? Əminəm ki, deyil. Onların arasında təhsilli və intellektual sayılacaq insanlar kifayət qədərdir.

Onlar nə üçün separatist hərəkatının başında yer almırlar? Yaxşı olmazdımı ki, məhz onları irəli verərək bu separatizmə hansısa formada xoş görünüş verilsin?

Belə çıxır ki, lazım deyil.

Nə üçün?

Ona görə ki, intellektli insan, təhsili olan insan düşünən və çək-çevir edən biridir. O düşmənə nə qədər nifrət etsə də, həlledici anda, o yenidən düşünməyə başlayacaq və şübhələrə düşəcək.

Nədə?

Məsələn, əsirləri öldürmək və onlara işgəncə vermək olarmı? Qadınların qarnını deşmək və uşaqları öldürmək olarmı?

Düşünəcək, və böyük ehtimalla bunu etməyəcək. Böyük ehtimal bu başkəsən olmaq və olmamaq arasında seçim etmək qarşısında qaldıqda, başkəsən olmaqdan imtina edəcək.

Başkəsən heç nəyə şübhə etmir. O özündən əmindir. Özünə, sözlərinə, hərəkətlərinə inanır. Haqlı olduğuna inanır.

O, tez bir zamanda müdafiədən hücuma keçir, mövqe tutur, məqsədinə çatır. Daha sonra geriyə baxaraq, bütün həyatı boyu arzuladığına yəni, intellektli olmağa can atır.

O, hərbi formanı bahalı kostyuma dəyişir. Hətta şərait buna əl vermədikdə belə, o, bu paltardan çıxmır.

O, başqa cür davranmağa, əl-qol hərəkəti etməyə və danışmağa çalışır. O, əgər yüksək təhsili yoxdursa, dərhal təhsil alır və hətta prezident belə olur. Məsələn Ermənistandakı kimi. Amma o həmişə NADAN olaraq qalır.

Çünki NADAN olmaq (yəqin ki, mən burda yuxarıda yazdıqlarıma bir az zidd gedirəm) nə qədər çox kitab oxumaqdan və necə danışmaqdan asılı deyil. Nadanlıq – şəxsin sözlərində və hərəkətində ifadə olunan düşüncənin formasıdır.

23 fevralda nadanlar Xocalıda, dinc insanları öldürdü, başını kəsdi və onları təhqir etdi. 600 dən çox insan vəhşicəsinə qətlə yetirildi. Və əgər kimsə bilmirsə, xatırlamırsa, o zaman internetdə axtarış versin və şəkillərə baxsın.  Sizə hər şey aydın olacaq. O dönəmdə nələrin baş verdiyini, bu şəkillərdən və hadisənin şahidlərindən yaxşı bilən yoxdur.

Bəli, dostlar, bu sizin üçün Slavyanskada çarmıxa çəkilmiş saxta uşaq deyil...

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb