Qazaxda mina partlayıb, xəsarət alan var - Yenilənib

13:13 | 29.04.2024
Qazaxda mina partlayıb, xəsarət alan var - Yenilənib

Qazaxda mina partlayıb, xəsarət alan var - Yenilənib

Qazaxda Dövlət Səərhəd Xidmətinin hərbi qulluqçunun minaya düşməsini ilə bağlı araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan bildirilib. 
 
"Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır", - məlumatda deyilir. 

Qazaxda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Report Qazax Rayon Xəstəxanasına istinadla yazıb. 
 
Xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu ehtimal olunur. 
 
Dövlət Sərhəd Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb