1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

15:31 | 29.04.2024
1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb