İsa Qəmbər Müsavat Partiyası başqanlığına namizəd olub

16:17 | 29.04.2024
İsa Qəmbər Müsavat Partiyası başqanlığına namizəd olub

İsa Qəmbər Müsavat Partiyası başqanlığına namizəd olub

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub. Bu barədə Partiyadan bildirilib. 

Mayın 4-də Müsavat Partiyasının XI qurultayı keçiriləcək. 

Bundan əvvəl başqanlığa partiyanın vəkil, Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavat Səbail təşkilatının üzvü Natiq Ulubəy namizəd olublar.
 
İsa Qəmbər 1992-ci ildə partiyanın başqanı olub, onu fəaliyyəti 2014-cü il sentyabrın 28-ə qədər davam edib.

Hazırda Müsavat Partiyasına Arif Hacılı rəhbərlik edir. 
 
Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev tərəfindən yaradılıb.
 
Hazırda Azərbaycanda 58 siyasi partiya fəliyyət göstərir.  
 
Aygün

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb