İsrailin islam dünyasındakı ən yaxın müttəfiqi - «The Huffington Post»

16:04 | 06.03.2015
İsrailin islam dünyasındakı ən yaxın müttəfiqi  - «The Huffington Post»

İsrailin islam dünyasındakı ən yaxın müttəfiqi - «The Huffington Post»

Bir neçə gün bundan öncə məşhur amerikan «The Huffington Post» internet nəşrində Azərbaycan əhalisinin böyük bir qisminin şiə olması və İsrailin ən etibarlı müttəfiqi olması haqqında məqalə nəşr olunub. Məqalənin müəllifi Aleksandr Poldur. ANN.Az xəbər portalı həmin məqaləni oxucuların diqqətinə çatdırırıq:

"İsrailin baş naziri Benyamin Netenyahu ABŞ konqresində İran ilə razılaşmanın İsrail üçün təhlükələri haqqında çıxış edib. Onun fikirincə, bu razılıq İranın öz nüvə infrastrukturunu saxlamağa və nüvə proqramını inkişaf etdirməyə imkan verəcək. Netanyahunun çıxışının əsas məğzini, İsrailə İranın uzun tarixi zamana dayanan düşmənçilik münasibətləri, dini və siyasi fərqlilikləri təşkil edirdi. Amma bütün bunların fonunda, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan diqqəti çəkir. Azərbaycan İranın yaxın qonşusu olmasına baxmayaraq, İsrailin ən sadiq müttəfiqi kimi yəhudi dövləti ilə faydalı münasibətlər qurub.  

Coğrafi baxımdan, Azərbaycan çox önəmli ərazidə yerləşir. Belə ki, o, Gürcüstan, İran və Rusiya ilə sərhəddədir. Bundan əlavə, bu ölkə Cənubi Qafqazda yerləşir və Xəzər dənizi bu ölkənin torpaqlarında dalğalanır. Azərbaycan, Qərbi Asiya ilə Şərqi Avropanın qovuşduğu məkandır. "New York Times Magazine” Azərbaycan haqqında yazır:  "Öz böyüklüyünə görə Cənubi Karolina qədər olan bu ölkənin 9,2 millyon əhalisi var. Bu ölkənin okeana çıxışı olmasa da, nefti var”.

Bundan başqa dünyaca məşhur "Forbes” jurnalı yazır: "Marko Polo Azərbaycanda olarkən neftin yanacaq kimi istifadə edildiyinə təəccüblənmişdi”. Qədim zamanlarda neft əraziləri tez-tez yanırdı və buna görə ölkəni "odlar yurdu” adlandırırdılar. Təsadüfi deyil ki, bu ölkə Zərdüştçülüyün davamçılarının müqəddəs saydığı mərkəzlərindən biri olub. Dünya neft sənayesinin mərkəzlərindən biri kimi tanınmış bu ölkə, 20-ci əsrin əvvəllərində dünya neft hasilatının yarısını verirdi. Azərbaycanın paytaxtı Bakıda, neft istehsalı ilə məşğul olan Nobel Qardaşları dünyanın meqa-varlı insanları sırasına düşdülər.  

Bütün bunlar 20-ci ildə Azərbaycanın Sovet İttifaqının tərkibinə düşməsindən sonra başa çatdı. Ölkənin neft sənayesi donduruldu. II Dünya Müharibəsi zamanı Hitler Bakı neftinin ələ keçirilməsinə can atırdı, amma sovet qoşunlarının öldürücü zərbəsindən sonra onun bu arzusu baş tutmadı. 1991-ci ilə kimi Azərbaycan SSR-nin tərkibində qaldı. Həmin ilin oktyabr ayında, ölkə özünü müstəqil elan etdi. 1993-cü ildə Heydər Əliyev prezident seçildi. Onun oğlu İlham Əliye hazırda ölkənin prezidentidir. İsrail, Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıdı və onunla 1993-cü ildə diplomatik münasibətlər qurdu. Bütün bu illər ərzində iki ölkə arasında münasibətlər daima inkişaf edib və möhkəmlənib.

Azərbaycan əldə etdiyi müstəqillikdən çox uğurla istifadə edə bildi. BMT-nin üzvü olan bu ölkədə əhalinin savadlılıq dərəcəsi 99,8 faiz təşkil edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə: "Ölkənin ÜDM 2006-cı ildə üç dəfə artdı və 49 faizlik yoxsulluq səviyyəsi 6 faizə düşdü. Azərbaycan öz neft və qazını Avropa və dünya bazarlarına çıxardan çox önəmli ölkədir.” Doğrudan da, 2000-ci ilə kimi neftdən 7 dollar qazanan ölkə 2010-cu ilə kimi bu rəqəmi 63 dollara qədər qaldıra bildi. Bu səbəbdən  «The Times»  qəzetinin məlumatına görə, 2006-2008-ci illərdə ölkənin iqtisadi artım tempi 28 faiz təşkil etdi.

Axırıncı hesabatların birində deyilir ki, Azərbaycanın o qədər nefti var ki, "ölkənin incəsənət növləri onun içərisində üzür”. Təsadüfi deyil ki, ölkədə çıxarılan neftin həcmi bir günə 1 milyon barel təşkil edir. Azərbaycanın ən əsas müttəfiqlərindən biri İsraildir. Çünki o, ölkə neftinin 40 faizdən çoxunu idxal edir.  «The Jerusalem Chronicle» yazır ki, "İsrail yaxınlıqdakı ərəb ölkələrinin neft bazarına daxil ola bilmədiyi üçün Azərbaycan nefti onlar üçün strateji əhəmiyyət daşıyır. Neft Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Türkiyəyə, Aralıq dənizinə çatdırılır”.

Qarşılıqlı ticarət

 «The Washington Times»  yazır ki: «İki ölkə arasında ticarət əlaqələri çiçəklənməkdədir. İsrail Azərbaycan neftinin ən böyük idxalçısı durumuna gəlib. Əvəzində isə İsrail, Azərbaycana yüksək texnologiyalar -  telekommunikasiya sahəsində və digər sahələrdə - ciddi köməklik edir”.  Azərbaycanın keçmiş məmurlarından biri demişdi: «Bizim ticari əməkdaşlığımız Rusiya ilə müqayisədə iki dəfə çoxdur. Axırıncı isə bizə heç bir yüksək texnologiya vermək gücündə deyil”.
 
Azərbaycanın İsrailə əməkdaşlığına zəmin yaradan səbəblərdən biri kimi ölkənin dini dözümlülük və proqressivlik vaxtının uzunmüddətli olmasıdır.  Ölkənin əsas hissəsi şiə-müsəlmanlarından ibarət olsa da, qadınlara kişilərlə birgə bərabər əsaslı seçki hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.  

Azərbaycanın xarici işlər naziri  «The Hill»-ə yazırdı ki: «Ölkənin əksər hissəsi müsəlmanlardan ibarət olsa da, əsrlər ərzində bu torpaqda üç monoteist dinlər bərabər mövcud olub: islam, xristianlıq və iudaizim».  Yüz illərdir böyük sayda yəhudi icması Azərbaycanda rahat yaşamaqdadır.
Əhalisinin əksəriyyətini müsəlman təşkil edən İran, İsrailə yuxarıdan aşağı baxsa da, Azərbaycan İsrailin ən yaxın, etibarlı və sadiq müsəlman müttəfiqi qalmaqda davam edir.


www.huffingtonpost.com/paul-alexander/israels-closest-muslim-al_b_6758296.html


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti