Gürcüstan parlamentində dava düşüb

16:51 | 29.04.2024
Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı iqtidar və müxalifət yönümlü deputatlar arasında gərginliyə səbəb olub. Bu barədə Sputnik Gürcüstanın Teleqram kanalında video yayılıb.

Görüntülərə əsasən, deputatların bir-birinə müxtəlif əşyalar atması görüntülənib.
 
Məlumata görə, hazırda səkkiz müxalifət deputatı artıq zaldan çıxarılıb

"Hazırda səkkiz müxalifət deputatı artıq zaldan çıxarılıb, daha bir neçəsi etiraz əlaməti olaraq iclası tərk edib”, – nəşr yazır.

Aprelin 29-da Gürcüstan parlamentinin hüquq komitəsi xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə edib. Bunun fonunda qanunverici orqan təhlükəsizlik tədbirlərini gücləndirib, həmçinin binaya girişi məhdudlaşdırıb.

Bundan əvvəl Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə keçmiş dövlət naziri və bir neçə fəal və vətəndaşlar saxlanılıb.
 
Aytac Zeynalova







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb