Jurnalist Cavid Ramazanov Toplum TV işi ilə bağlı dindirilib

15:52 | 29.04.2024
Jurnalist Cavid Ramazanov Toplum TV işi ilə bağlı dindirilib

Jurnalist Cavid Ramazanov Toplum TV işi ilə bağlı dindirilib

Toplum Tv işi üzrə dindirilmə üçün Juralist Cavid Ramazanov şahid qismində polis bölməsinə çağırılıb. Bu barədə Modern.az-a açıqlama verib.
 
"Toplum Tv-dəki fəaliyyətimlə bağlı dindirildim. Bəzi suallar yaranmışdı onu məndən soruşdular. Təzyiq olmadı, mədəni mühitdə keçdi sorğu, təxminən  4 saat çəkdi. Mənim onsuz da heç kimdən gizli fəaliyyətim olmayıb, fəaliyyətim açıq olub. Ola bilsin ki, çağırılma olsun, ola bilsin ki, olmasın. Şahid qismində dindirilirəm. Dəqiq gedişatı bilmirəm. Fikirləşin ki, yəqin həbs olundum, çünki dəvət olunmalıyam. Bu istintaq prosesidir yəqin ki, dindirilmə olacaq. Şahid kimi mənim gizləyəcəyim bir şey yoxdu", - o deyib.
 
Bundan əvvəl o yerli mediada saxlanılması ilə bağlı verilən xəbərləri təkzib edib. 
 
Martın 7-də "Toplum TV"nin ofisində axtarış edilib. 

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 

Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti