Ermənistan Rusiyadan siyasi sığınacaq istəyən bəzi şəxslərin ekstradisiyasını tələb edir

15:35 | 29.04.2024
Ermənistan Rusiyadan siyasi sığınacaq istəyən bəzi şəxslərin ekstradisiyasını tələb edir

Ermənistan Rusiyadan siyasi sığınacaq istəyən bəzi şəxslərin ekstradisiyasını tələb edir

Ermənistan bu ölkədə barələrində cinayət işi başlanmış bəzi vətəndaşlarının Rusiyadan ekstradisiyasını istəyir. Bu barədə Rusiya mətbuatı Ermənistanın baş prokuroru Anna Vardapetyana istinadan yazıb. 

Baş prokuror qeyd edib ki, həmin şəxslərin siyasi sığınacaq üçün müraciət etmiş şəxslər kimi olması problem yaradır.

Keçmiş Baş Qərargah rəisi Mikael Arutyunyan, keçmiş baş prokuror Gevork Kostanyan, keçmiş baş məhkəmə icraçısı Mihran Poqosyan və bir sıra digər keçmiş Ermənistan rəsmiləri hazırda  Rusiya Federasiyasındadırlar. Ermənistanda onlara qarşı cinayət işi başlanıb.

Aprelin 25-də ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu, parlamentin deputatı Levon Köçəryanın Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən aksiyada saxlanıldığı  barədə məlumat yayılıb .

Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb