Almaniyanın XİN naziri Putini ittiham edib

16:01 | 23.05.2024
Almaniyanın XİN naziri Putini ittiham edib

Almaniyanın XİN naziri Putini ittiham edib

Almaniya Rusiyanı Ukrayna ilə sülh yolu ilə dialoqlar aparmaq istəməməkdə günahlandırıb. Bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Kiyevə səfəri zamanı deyib. 
 
"Dünyanın yarısı sülhü təşviq etmək üçün hər gün çalışır. Amma bunun üçün təəssüf ki, dialoqa qətiyyən hazır olmayan Rusiya prezidenti də var”, - Burbok bildirib.
 
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsindən 820 gün keçir. Bu müddəət ərzində Rusiyaya qarşı Amerika və Avropanın 27 ölkəsi tərəfindən sərt sanksiyalar qoyulsa da Putin geri attım atmayıb. Hazırda Rusiyaya qarşı 11-ci sərt sanksiya paketi hazırlanıb. 
 
Putinin Ukrayanaya hücumundan sonra dünyada bir çox tanınan brend və markalar Rusiya bazarını tərk edib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb