Bu gün Bakıda Azərbaycanda ilk biznes formatlı telemüsabiqə olan "İdeya Qazandı" layihəsinin mətbuat konfransı keçirilib.Trend-in məlumatına görə, konfransda layihənin prodüseri Könül Əliyeva deyib ki, layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun və "Youth İNC" proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.K.Əliyevanın sözlərinə görə, layihəyə ümumilikdə 371 nəfər ərizə ilə müraciət edib.Seçim turlarından 54 nəfər iştirakçı investorların qarşısında çıxış etməyə haqq qazanıb. "İdeya Qazandı" verilişinin çəkilişləri xüsusi ilə ABŞ-dan dəvət olunmuş Hollivud təcrübəsi olan rejissor Daniel Katz tərəfindən həyata keçkiriləcək.Yarışmada 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyaları həyata keçirməyə vəsait ayırır.İnvestorlar "Paşa Bank", "Garant Holding", "Buta Sığorta", "Veritas Management Systems" və "Red Communications" kimi nüfuzlu şirkətlər və onları təmsil edən təcrübəli sahibkarlardır.Layihənin məqsəd və vəzifələri barədə danışan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev bildirib ki, əsas məqsəd Azərbaycan gənclərini iri sahibkarlarla görüşdürməkdir: "Bununla yanaşı, məqsəd gənclərə daimi uğurlu sahibkarlarla ünsiyyət yaratmaq, həmçinin geniş tamaşaçı kütləsinə düzgün biznes anlayışlarını aşılamaqdır. Biz də nazirlik olaraq çalışırıq ki, gənclərin yeni ideya və təşəbbüslərini dəstəkləyək. İnanıram ki, bu layihə nəticəsində gənclər böyük uğurlar əldə edəcəklər".Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov isə bildirib ki, layihə özünə biznes qurmaq istəyən gənclər üçün bir nümunədir: "Yəni, insanın bacara bilmədiyi heç nə yoxdur. İnanıram ki, bu layihənin iştirakçıları da heç nəyə baxmayaraq, uğur qazanaraq irəli gedəcəklər. Gənclər Fondu bu layihəni dəstəklədikdə yeni fəaliyyətə başlamışdı. Biz inandıq ki, bu layihə gənclərin həyatında önəmli rol oynayacaq və onlar üçün bir stimul olacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !