Amerikanın ən varlı ailələri müəyyən edildi

23:10 | 11.07.2014
Amerikanın ən varlı ailələri müəyyən edildi

Amerikanın ən varlı ailələri müəyyən edildi

Məşhur “Forbes” jurnalı Birləşmiş Ştatların ən varlı 185 sülaləsinin siyahısını dərc edib. ANN.Az ANSPRESS-ə istinadən xəbər verir ki, onların hər birinin var-dövləti ən azı 1 milyard dollar təşkil edir. Bu ailələrin toplam var-dövləti isə 1,2 trilyon dollardır. Onların demək olar ki, hamısı fəal bizneslə məşğuldur və Amerikanın “Jack Daniel’s”, “L.L. Bean”, “Getty Oil”, “Hallmark”, “Budweiser” kimi ən tanınmış brendlərinə dəxli var.ABŞ-da və dünyada ən varlı ailə Uoltonlardır. Ailəyə "Wal-Mart" supermarketlər şəbəkəsinin banisi olan Sem Uoltonun üç oğlu daxildir. Uoltonların biznesinin əsası 1962-ci ildə Arkanzas ştatında qoyulub. Onların sərvəti 152 milyard dollar qiymətləndirilir. Amerikanın ən varlı on ailəsi sırasında sonuncu yerdə Dankan ailəsi (25,4 milyard dollar) gəlir. Onlar energetika sektorunda aktivlərə malikdirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür