Beynəlxalq Amnesty International hüquq müdafiə təşkilatı Azərbaycanda həbs edilən müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunun müdafiəsi ilə bağlı kampaniyaya başladığını elan edib. Bu barədə təşkilatın açıqlamasında bildirilib.
"Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti, siyasi və ictimai fəaliyyəti tənqid etməsinə görə açıq-aşkar qisasdır. Qubad İbadoğlunun səhhətində ciddi problemlər var və həbsxanada onun həyatı pis şərait və lazımi tibbi yardımın olmaması səbəbindən təhlükə altındadır”, - təşkilatın saytında yerləşdirilən açıqlamada qeyd olunub. .
Amnesty İnternational təşkilatı həmçinin İbadoğlunun azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciətin mətnini dərc edb və bütün maraqlı şəxsləri onu imzalayıb Azərbaycan rəhbərliyinə göndərməyə çağırıb.
Müraciətdə İbadoğlunun saxta pul satmaqda təqsirli bilinərək həbs edildiyi bildirilir.
"Qubad İbadoğlu ağır xəstədir, o cümlədən 2-ci tip şəkərli diabet və hipertoniya xəstəsidir. O, qeyri-insani və ləyaqəti alçaldan şəraitdə saxlanılır, keyfiyyətsiz içməli su və yeməkdən istifadə etməyə məcbur edilir, lazımi dərmanları vaxtında almır. Həbsdə onun səhhəti durmadan pisləşir”, - müraciətdə əvurğulanıb.
Müraciətdə İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova həbs olunarkən zorakılıq edən şəxslərin cəzalandırılması tələbi də yer alıb.
Qubad İbadoğlu iyulun 23-də Bakıda saxlanılıb. Əvvəlcə onun FETO qrupu ilə əlaqədə olması barədə xəbər yayılıb. Daha sonra iqtisadçı saxta pul istehsalında ittiham edilərək barəsində 3 ay 26 gün müttətinə ilk istintaq dövrü üçün həbs qəti imkan tədbiri seçilib.
Penitensiar xidmət onun bütün lazımi qida və dərman vəsaitləri ilə təmin edilməsi barədə açıqlama yayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !