“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti qızını ərə verib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kati Ançelotti və Benyamino Fulkonun toyu 10-cu əsrdə tikilən kilsədə baş tutub. Mərasimdə “Real”ın və “Milan”ın rəhbərləri və menecerləri iştirak ediblər. Ançelotti qızının toyuna heç bir futbolçunu çağırmayıb. Mənbənin sözlərinə görə, Ançelottinin qəmgin olduğu gözə çarpıb. Onun hətta bəzi məqamlarda göz yaşını belə saxlaya bilmədiyi vurğulanır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !