AQTA alətlərin təmiri və monitorinqlərə 40 minə yaxın pul xərcləyəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoxlama və monitorinqlər zamanı istifadə olunan alətlərin təmiri və monitorinqlərinin yoxlanılması xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub. Bu barədə tenderlərlə bağlı elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi "AZE TEST TƏCRÜBƏ SINAQ" MMC-dir.
Qalib şirkətə xidmətlər müqavilində 39.825 AZN pul ödəniləcək.
"AZE TEST TƏCRÜBƏ SINAQ" MMC 2014-cü il qeydiyyatdan keçib. Nizamnamə kapitalı 3147570.00 AZN-dir.
Şirkətin qanunu təmsilçisi Teymuraz Əsgərovdur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər