Separtçı rejimin prezidenti Araik Arutyunyan Xankəndində qoşulduğu aksiyanı dayandırıb. Bu barədə Ermənistan mətbuatı yazıb.
"Oturaq aksiyam, xalq hərəkatı və bütün digər səylərim artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və əməli fəaliyyətə təkan vermək üçün müəyyən nəticələr verdiyini nəzərə alaraq, mən oturaq aksiyanı dayandırmaq və fövqəladə vəziyyət şəraitində səylərimi davam etdirmək qərarına gəldim”, - Arutyunyan bildirib.
Separtçı rejimin prezidenti iyulun 17-də Xankəndində mərkəzi meydanda keçirilən aksiyaya qoşulub.
Qondarma "Artsax" prezidenti Ermənistan xalqını və diasporu qərar qəbul edənlərin diqqətini cəlb etmək və onları "Artsax"a fəal kömək etməyə təşviq etmək üçün hər şeyi etməyə çağırıb.
"Əgər bir həftə ərzində beynəlxalq müdaxilə ilə "Artsaxda" vəziyyət az-çox stabil kursa qayıtmasa, bundan sonra biz həm "Artsaxda", həm də ondan kənarda daha sərt hərəkətlərə keçəcəyik", - Arutyunyan iyulun 17-də aksiyaya qoşulduğu gün açıqlamasında bildirib.
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. "Əgər bir həftə ərzində beynəlxalq müdaxilə ilə "Artsaxda" vəziyyət az-çox stabil kursa qayıtmasa, bundan sonra biz həm "Artsaxda", həm də ondan kənarda daha sərt hərəkətlərə keçəcəyik", - Arutyunyan iyulun 17-də aksiyaya qoşulduğu gün açıqlamasında bildirib.
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb.
Bildirilib ki, iyulun 1-5 arasında BQXK-nın avtomobilləri tərəfindən bəyan edilməmiş mobil telefonlar,siqaret və benzin qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub.
Açıqlamada qeyd olunub ki, qanunsuz keçirmələrlə bağlı BQXK-nın rəsmi kanalları vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görülməyib.
Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəəruri tədbirlər görülməsi açıqlanıb və qeyd olunub ki, Laçın buraxılış məntəqəsindən keçid müvvəqəti olaraq dayandırılıb.
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılmışdı.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !