Ağrıdağa Azərbaycan və Türkiyə bayraqları sancıldı - Video

20:18 | 08.11.2021
Ağrıdağa Azərbaycan və Türkiyə bayraqları sancıldı - Video

Ağrıdağa Azərbaycan və Türkiyə bayraqları sancıldı - Video

Alpinist İsrafil Aşurlu Azərbaycanın Vətən Müharibəsində qələbəsi şərəfinə  Rinat Rəhimxanovla birlikdə Ağrıdağ dağına çıxaraq Azərbaycanın və Türkiyənin xüsusi bayraqlarını sancıb. 

"Qafqazinfo” "Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, İsrafil açıqlamasında deyib: 

"Bütün Azərbaycan və azərbaycanlılar üçün yaddaqalan tarixi - Qarabağ müharibəsində parlaq Qələbəmiz olan 8 noyabrı ən yaxşı şəkildə necə qeyd edə biləcəyimi düşünərək bir sıra yüksəlişlər etmək qərarına gəldim. Türkiyənin ən yüksək zirvəsi – Ağrıdağdan başladım. Daha sonra Azərbaycana qayıdıb daha iki yüksəliş edəcəyik”.


İ.Aşurlu bildirib ki, zirvəyə sancmaq üçün götürdüyü bayraqlar öz xüsusiliyi ilə seçilir: 
"Özümlə iki əfsanəvi bayraq götürdüm. Dövlət Bayraq Muzeyində saxlanılan Azərbaycan bayrağı - onu bütün qitələrdə, Everestdə və Yerin digər yüksək zirvələrində, Şimal və Cənub qütbləri üzərində qaldırmışam. Bu bayrağı muzeydən məhz bu ekspedisiya üçün götürmüşəm. Biri də 1922-ci ildə hazırlanmış, əl işi olan və bu il mənə hədiyyə edilən Türkiyə bayrağı. Bu gün Türkiyə vaxtı ilə saat 12-də bu iki bayrağı Türkiyənin ən yüksək zirvəsinə qaldırmaq şərəfinə nail oldum”. 
Onun sözlərinə görə, yüksəliş asan olmayıb:
"İndi mövsümlərarası fasilədir, hava çox yaxşı deyil, külək çox güclüdür, marşrutda çoxlu qar və buz var. Yay mövsümündən kəskin fərqə görə qalxma ciddi alpinizm bacarığı tələb edir. Renatla  mən bu zirvəni birlikdə fəth etdik və onu doğma ölkəmizə və böyük Qələbəmizə həsr etdik”. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM