Nigeriyalı futbolçudan Ermənistana dəstək nümayişi -VİDEO+FOTO

12:46 | 16.09.2022
Nigeriyalı futbolçudan Ermənistana dəstək nümayişi -VİDEO+FOTO

Nigeriyalı futbolçudan Ermənistana dəstək nümayişi -VİDEO+FOTO

Ermənistanın "Pyunik” klubunun futbolçusu Yusuf Otubanjo UEFA Konfrans Liqasının H qrupunda Slovakiyanın  "Slovan Bratislava” komandası ilə qarşılaşmada  Ermənistanla Azərbaycan arasında yaşanan vəziyyətlə bağlı olaraq Ermənistana dəstək nümayiş etdirib.  Bu Ermənistanın "VIVARO ARENA" kanalının yayımladığı matçın canlı yayımında açıq görünür. 


Belə ki, oyunun 36-cı dəqiqəsində fərqlənən, nigeriyalı futbolçu Yusuf Otubanjo qol sevinci zamanı formasının altında "Ermənistana dəstək olun! Sülh!” yazılı alt geyimini nümayiş etdirib.


Həmin matç 2:0 Ermənistan klubunun qələbəsi ilə başa çatıb.


Azərbaycanla Ermənistan arasında baş vermiş gərginliklə əlaqədar olaraq Azərbaycan futbol klubu "Qarabağ” Bakıda Fransanın "Nant” klubu ilə oyun öncəsi həlak olmuş hərbçilərinin xatirəsinə bir dədiqəlik sükut elan edilməsi üçün UEFA-ya rəsmi müraciət etmişdi. Lakin UEFA bu istəyi rədd etmişdi.

 



 

Sadiq Cavadov
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM