• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA

Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA
04.06.2020 21:30
Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Bu barədə Oxu.Az-a abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib.
O bildirib ki, abidənin ucaldılacağı məkan artıq qərarlaşdırılıb:

"Arif Məlikovun birinci abidəsi Fəxri Xiyabanda ucaldılıb. İkinci abidənin isə Milli Konservatoriyanın bağında ucaldılması planlaşdırılır. Yaxında abidənin layihəsini hazırlamağa başlayacağam.

Abidə postamentlə birlikdə altı metrə yaxın olacaq. Arif Məlikovun abidəsini mərmərdən hazırlayacağam, digər abidəsindən fərqli, daha orijinal olması üçün çalışacağam. Abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsini planlaşdırırıq”.

Ö.Eldarov həm də Müslüm Maqomayevin Dənizkənarı Milli Park ərazisində ucaldılacaq heykəli ilə bağlı işlərin gedişatından da danışıb:

"Biz artıq heykəlin hazırlanmasına başlamışıq. Müslüm Maqomayevin abidəsi isə təxminən il yarımdan sonra təhvil verilə bilər”.

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. Ötən il mayın 17-də Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol