• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan bayraqları - FOTO

Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan bayraqları - FOTO
27.02.2014 21:02
Arkanzas-Türk Dünyası dostluq günü çərçivəsində Arkanzas ştatı Kapitoli binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılıb.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində “Amerikalı və Avrasiyalıların Turkuaz Şurası” (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən Arkanzas-Türk Dünyası dostluğuna həsr olunmuş ziyafət təşkil olunub. Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, Arkanzas ştatından digər rəsmilər iştirak edib. Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edib. M.Talıbov çıxışında Azərbaycanla ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu barədə, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışıb. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, münaqişə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu kontekstdə o, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və ölkəmizin ABŞ-la strateji əməkdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatı üzvlərinə təşəkkürünü bildirib. Azərbaycan təmsilçisi xalqımızın 26 fevral tarixində erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünün qeyd etdiyini bildirərək, Arkanzas ştatının keçən il Xocalı qətliamını tanıyan ABŞ ştatlarına qoşulmasına görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, son zamanlar bir sıra ölkə və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir. Azərbaycan nümayəndəsi Arkanzas ştatı dövlət katibi, Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər də keçirib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol