Artur Rəsizadə Gürcüstana andiçmə mərasiminə gedir

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edəcək.APA-nın xəbərinə görə, bunu G. Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deyib. O bildirib ki, A. Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və G. Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq. Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”. ANN.Az
Son xəbərlər
Daha çox 