"Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR

13:28 | 21.08.2019
"Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı”.

Anews.az-ın yenicag.az-a istinadən məlumatına görə, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib:

"Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.

K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib:
"Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.

www.anews.az
loading...