• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizi layihəsi təqdim edildi

Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizi layihəsi təqdim edildi
28.05.2023 12:49
İraq hakimiyyəti şənbə günü bu Yaxın Şərq ölkəsinin neftlə zəngin cənub bölgələrini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək və ticarəti böyük ölçüdə asanlaşdıracaq dəmir yolları və avtomobil yollarını özündə birləşdirən nəqliyyat və logistika sistemi – "İnkişaf Yolu” layihəsinin başlandığını elan edib.

Layihənin təqdimatı Bəhreyn, İordaniya, İran, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Bağdadda açılan konfransda baş tutub.

"İnkişaf yolu” bütün İraq iqtisadiyyatını canlandırmaq üçün güclü stimul və İraqla qonşu dövlətlər üçün perspektivli imkandır”, – İraqın baş naziri Məhəmməd əl-Sudani forumun açılışında deyib.

Onun sözlərinə görə, layihə İraqda "region ölkələrinə müasir sənaye məhsullarının ixracatçısına çevrilməyə imkan verəcək” nəqliyyat və logistika qovşağının yaradılmasına yönəlib.

Planlara əsasən, əsas nəqliyyat marşrutları Fars körfəzi sahillərində yerləşən böyük Fao limanına bağlanacaq. "İnkişaf Yolu” çərçivəsində İraqı qonşu dövlətlərlə birləşdirəcək yüksək sürətli avtomobil yolları ilə birləşdirilən 1200 km-dən çox dəmir yolu modernləşdirilərək tikiləcək. Layihənin dəyəri təqribən 17 milyard dollar qiymətləndirilir.
 
Respublika rəsmiləri sərmayələrin əhəmiyyətli hissəsinin ərəb ölkələrindən, xüsusən də Fars körfəzi monarxiyalarından daxil olacağını güman edirlər.

İraq hökumətinin nümayəndəsinin sözlərinə görə, layihənin praktiki icrasına başlanılması gələn ilin əvvəlinə planlaşdırılır. Planlaşdırılan göstəricilər yerinə yetirilərsə, "İnkişaf Yolu” 2029-cu ildə başa çatdırıla bilər.

Təhlilçilər əmindirlər ki, layihə faktiki istismar mərhələsinə qədəm qoyduqda yüklərin Asiyadan Avropaya və əks tərəfə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda hələ də əsas nəqliyyat dəhlizi olan Misirin Süveyş kanalı ilə ciddi rəqabət apara biləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Dünya 17:06
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
Dünya 16:54
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
ABŞ-İran danışıqlarının 4-cü raundu başlayıb
Dünya 15:49
ABŞ-İran danışıqlarının 4-cü raundu başlayıb
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Dünya 15:15
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Dünya 14:27
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Albaniyada parlament seçkiləri keçirilir
Dünya 10:41
Albaniyada parlament seçkiləri keçirilir
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Dünya 08:47
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Dünya 22:30
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol