Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 78 il ötür.
ANN.Az "HaberTürk"-ə istinadən xəbər verir ki, "Anıtkabir”də bu münasibətlə xüsusi tədbir təşkil olunub. Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri də qatılıb.
"Anıtkabir”də Atatürk üçün hazırlanan xüsusi xatirə dəftərinə Türkiyənin qurucusu barədə fikirlərini qeyd edib:
"Əziz Atatürk, bu gün əbədiyyətə qovuşmağının 78-ci il dönümündə Qurtuluş savaşımızın müzəffər komandiri, Respublikamızın qurucusu olan zati-alinizi bir daha hörmətlə, təzimlə yad edirik. "Ən böyük əsərim” deyərək bizlərə əmanət etdiyiniz respublikaya sahib çıxmağı vəzifə bilir, hər mənada daha güclü, etibarlı və firavan bir ölkə olmaq yolunda əmin addımlarla irəliləyirik. Terror təşkilatlarının, xəyanət şəbəkələrinin və bunların maşa olaraq istifadə edilən qaranlıq fikirlərin dincliyimizi, min illik qardaşlığımızı pozmasına, ölkəmizi hədəflərindən yayındırmağa qətiyyən icazə verməyəcəyik. Ruhun şad olsun".
Türkiyənin Marmaris bələdiyyəsinin arxivindən isə Atatürkün cənasə mərasimi ilə bağlı fotolar paylaşılıb. Həmin fotolar mediada ilk dəfə olaraq yayımlanır. Fotolarda müxtəlif dövlət rəsmiləri də yer alıb.
Kamil ƏMİRLİ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !