“Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qazaxıstan kimi ölkələrdə fəaliyyət göstərən insan hüquqları müdafiəçiləri təzyiqə məruz qalırlar. Ya dəvə quşu kimi başımızı quma salmalıyıq, ya da hər şeyi görməliyik”.
Modern.az xəbər verir ki, bu sözləri ATƏT Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin iclası zamanı Yunanıstanlı xanım təmsilçi Samanda Santoş deyib. O, İnsan Hüquqları ilə bağlı ATƏT-in qanununa 39-cu maddəsinə dəyişikliyin edilməsini təklif edib. Xanım təmsilçinin təklifində adıçəkilən ölkələrdəki hüquq müdafiəçilərinin hüquqlarını qorumaq üçün əlavə tədbirlərin görülməsi qeyd olunub. Rusiyalı nümayəndə isə bu təklifin qəbul edilməsinin əleyhinə çıxış edib.
O, qeyd edib ki, bu siyahıda Azərbaycan, Rusiya və Qazaxıstanının adının qeyd olunması düzgün deyil. 39-cu maddəyə dəyişikliyin qəbul edilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə 28 lehinə, 20 əleyhinə olmaqla yekunlaşıb. Nəticədə 39-cu maddəyə dəyişiklik qəbul edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !