ATƏT PA: Müşahidəçiliklə bağlı hələlik yekun qərar verilməyib

15:50 | 22.09.2015
ATƏT PA: Müşahidəçiliklə bağlı hələlik yekun qərar verilməyib

ATƏT PA: Müşahidəçiliklə bağlı hələlik yekun qərar verilməyib


ATƏT Parlament Assambleyası (PA) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyib-izləməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Bu barədə APA-ya ATƏT PA-nın kommunikasiya direktoru Riçard Solaş bildirib. Onun sözlərinə görə, hələlik yekun qərar verilməyib: "Qərar yayımlanacaq press-relizlə açıqlanacaq”.
 
Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyini bəyan edib.
 
Seçkilər noyabrın 1-də keçiriləcək. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM