• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Avro-2016-nın təqvimi açıqlandı, dəyişikliklər var

Avro-2016-nın təqvimi açıqlandı, dəyişikliklər var
20.12.2013 00:00

UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilən iclasında 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb.Trend-in məlumatına görə, Avro-2016-nın final mərhələsində iştirak etmək üçün 53 yığma komanda mübarizə aparacaq.Seçmə mərhələnin 9 qrupunun hər birində 5 və ya 6 komanda yer alacaq. Qitə çempionatının ilk oyunları gələn il 7, 8 və 9 sentyabr tarixlərində baş tutacaq. Son oyunlar isə 2015-ci ilin 11, 12 və 13 oktyabr tarixlərində keçiriləcək.Qrup lideri olan 9 komanda, ikinci olan daha 9 komanda və ən yaxşı üçüncü nəticə göstərmiş komanda birbaşa olaraq final mərhələsinə adlayacaq. Qrupda 3-cü yeri tutan 8 yığma isə öz aralarında "play-off" oyunları keçirəcək.Turnirin final mərhələsi 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Fransanın ev sahibi kimi birbaşa iştirak edəcəyi çemionatda ümumilikdə ilk dəfə 24 milli yığma mübarizə aparacaq.Final mərhələsinin qruplarının püşkü isə 2015-ci il dekabrın 12-də Parisdə atılacaq. 24 ölkə hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək.Təqvimdən də göründüyü kimi, Avro-2016-da azarkeşləri bir çox yeniliklər gözləyir. Belə ki, ilk dəfə olaraq qrupda 3-cü yeri tutan komandalar "play-off" matçlarına çıxacaqlar. Ən yaxşı 3-cü nəticə göstərmiş komanda isə birbaşa final mərhələsinə vəsiqə qazanacaq.Daha bir yenilik isə qitə çempionatının final mərhələsində 24 millinin yarışacağıdır.Bundan başqa, Avropa çempionatının qrup oyunları eyni gündə keçirilməyəcək.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Ali Koç Bakıya gəlib
İdman 23:27
Ali Koç Bakıya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol