Avropa Birliyi Ukraynaya polis missiyasını göndərəcək.APA-nın məlumatına görə, bunu Litva xarici işlər naziri Linas Linkyaviçus bəyan edib. Müvafiq qərar Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub. Missiyanın vəzifəsi Ukraynada hüquq-mühafizə orqanlarında aparılan islahatlara dəstək verməkdir. Missiya üzvləri Ukraynada 2 il fəaliyyət göstərəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !