Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyə hökumətinə xəbərdarlıq edib.APA-nın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Ş. Füle öz sözçüsü vasitəsilə yaydığı açıqlamada Türkiyədə məhkəmə-hüquq sisteminin müstəqilliyi prinsipin pozulduğunu və baş nazir Ərdoğanın Türkiyənin AB-yə üzvlük perspektivini riskə atdığını söyləyib. Ş. Füle bildirib ki, məhkəmə-hüquq sisteminin müstəqilliyi Türkiyənin AB-yə üzvlüyü prosesində ən önəmli məsələlərdən biridir: “Polis müdirlərinin qovulması və polisə apardığı istintaq barədə yuxarı orqanlara və daha səlahiyyətli şəxslərə məlumat vermək məcburiyyəti gətirilməsi istintaqın müstəqilliyi, effektivliyi və tərəfsizliyinə, eləcə də hakimiyyət bölgüsü prinsipinə ziddir və narahatlıq doğurur”. Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü, ingiltərəli Endrü Daff (Andrew Duff) isə AB-ni Türkiyədək rüşvət və korrupsiya əməliyyatı ilə bağlı səssiz qalmaqda ittiham edib. O, öz “Twitter” səhifəsində yazıb: “Türkiyədə media təzyiq altındadır, xaricilər günahlandırılır, rüşvətdə günahlandırılan nazirlər hələ də öz vəzifələrində qalır. Harada belə bir şey ola bilər?”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !