57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq yarımfinala adlayıb.
97 kq-dak Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan bütün sərbəst güləşçiləri yarımfianala vəsiqə qazanıb.
Rzazadə finala gedən yolda Beka Bujiaşvili (Gürcüstan) ilə, Əliyev Maksim Sacultanla (Moldova), Bayramov Zurabi İakobişvili ilə (Gürcüstan), Aşırov Vladimeri Qamkrelidze ilə (Gürcüstan), Məhəmmədov Zbiqnev Matyuş Baranovski (Polşa) ilə görüşəcək.
Qeyd edək ki, yarımfinallar axşam seansında olacaq. Avropa çempionatı aprelin 3-də başa çatacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !