Avropa çempionatını izləyənlərin sayı açıqlandı

22:30 | 12.07.2021
Avropa çempionatını izləyənlərin sayı açıqlandı

Avropa çempionatını izləyənlərin sayı açıqlandı

Futbol üzrə Avropa çempionatının oyunlarını 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.

Tamaşaçılardan təqribən yarısı - 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə tamaşa edib.

Ən baxımlı oyun İtaliya - İngiltərə finalı olub. Bu görüşdə Londondakı "Uembli" stadionunun tribunalarında 67 173 tamaşaçı yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından "ilk 3-lük"də yer alıb.

Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels (1:1), Türkiyə - Uels (0:2), Türkiyə - İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka - Çexiya (2:1) matçına ev sahibliyi edib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb