"Dənizə çıxışın olmaması səbəbindən Mərkəzi Avropada Rusiya neftinin istehlakçıları üçün Rusiya Federasiyasından tədarükdən imtina etmək xüsusilə çətindir, buna görə də əvvəllər bunu etməyiblər və çox güman ki, indi də etməyəcəklər",- Kaufman deyib.
Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət davam edərsə, Rusiya bu tədarükləri itirə bilər. Ancaq bu, yalnız bir neçə ildən sonra baş verə bilər.
Martın 24-də "Vedomosti” qəzeti Rusiya Energetika Nazirliyinin statistikası ilə tanış olan iki mənbəyə istinadən yazıb ki, 2023-cü ilin fevralında Rusiyanın "Drujba” boru kəməri ilə Avropa ölkələrinə neft nəqli 2022-ci ilin fevralı ilə müqayisədə 3 dəfə azalaraq 939,3 min ton təşkil edib.
Bundan əvvəl Politico yazırdı ki, Rusiyadan əhəmiyyətli həcmdə neft Rusiya yanacağı üçün "geniş açıq” arxa qapı olan vasitəçilər vasitəsilə Avropa İttifaqı (Aİ) bazarına daxil olmaqda davam edir. Bazar ekspertləri razılaşdılar ki, Avropaya çatdırılma üçün mümkün marşrutlardan biri Azərbaycandan keçir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !