Martın 13-dən 23-dək keçiriləcək yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub. Komandamızın heyətində rinqə əvvəlcə Cəlal Qurbanov (63,5 kq) çıxacaq. O, bu gün finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.
Martın 14-də Nəbi İsgəndərov (67 kq) Luka Nikabadze (Gürcüstan), Mirşərif Kazımzadə (75 kq) Hikki Sam (Şotlandiya), martın 15-də Murad Allahverdiyev (80 kq) Kromvell Kommi (İtaliya)- Rafael Monni (Fransa) cütünün qalibi ilə görüşəcəklər.
Martın 19-da isə komandamızın digər üzvləri Nicat Hüseynov (51 kq) Antonio Payva (İrlandiya) ilə rinqə çıxacaq. Ruslan Qədirov (54 kq) Marian Çinio (Rumıniya) - Başkim Bayoku (Kosovo), Maqsud Xasmetov (57 kq) Matteu Teylor (İrlandiya) - Taha Akkoyun (Türkiyə) qarşılaşmasının qalibi ilə rinqə görüşəcək.
Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !