Avropa İttifaqının cümə günü keçirilən sammitində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün vasitəçi kimi dəstək olunması ilə bağlı razılıq əldə olunub. Bu barədə İnterfaks Avropa Şurasının sədri Şarl Mişelə istinadan yazıb.
"Biz ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması prinsipləri əsasında Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında normallaşmasına kömək etmək üçün vasitəçi kimi fəaliyyət göstərməkdə davam etməkdə qərarlıyıq”, - o vurğulayıb.
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi Tovio Klaar aıqlayıb ki, oktyabrın sonunda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılan görüşü təxirə düşüb.
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə həmkarı ilə görüşdən sonra mediaya etdiyi bəyanatında bildirib ki, Azərbaycan-Ermənistan danışıqları Gürcüstanda baş tuta bilər.
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !