Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Vaqif Xaçatryanın Laçın dəhlizində saxlanması ilə bağlı Bakıya qarşı yeni müraciətini rədd edib.
Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyi məlumat yayıb.
"Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Vaqif Xaçatryanın işi ilə bağlı Azərbaycana qarşı yeni müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətini rədd edib.”, - məlumatda deyilir.
Qeyd olunur ki, AİHM Azərbaycana Xaçatryanın ümumi vəziyyəti və davam edən cinayət işi barədə məlumat verməyi tapşırıb.
Xankəndində yaşayan 68 yaşlı sakini Xaçatryan iyulun sonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarının müşayiəti ilə Ermənistana gedərkən Ermənistan-Azərbaycan sərhədində saxlanılıb.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !