Avropada böyük rüşvət qalmaqalı

10:44 | 16.04.2014
Avropada böyük rüşvət qalmaqalı

Avropada böyük rüşvət qalmaqalı

Avropanın ən böyük dərman firmasına, İngiltərəyə məxsus “GlaxoSmithKline” müəssisəsinə qarşı yeni bir ittiham irəli sürülüb.ANN.Az Lent.az-a istinadən xəbər verir ki, Habertürk-ün verdiyi məlumata görə, əvvəllər adı Çin və İraqda qalmaqallarda hallanan firma, bu dəfə Polşada həkimlərə rüşvət verməkdə günahkar bilinir.Mənbə bildirib ki, firma Çində 320 milyon sterlinq rüşvət verməkdə və cinsi ayrı-seçkilikdə günahlandırılırdı.“GlaxoSmithKline”-nin 13 işçisi Polşanın maliyyə qrupları tərəfindən həkimlərə astma dərmanı “Seredite”-ni xəstələrə yazması üçün rüşvət verməkdə günahlandırılır.“BBC”-nin “Panorama” kanalına açıqlama verən Jarek Vişnevski adlı keçmiş işçi deyib:“Dərmanı reseptə yazması və tövsiyə etməsi üçün hər həkimə 100 sterlinq verirdik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM