Bu gün xalq artistinin doğum günüdür.Xalq artisti, məşhur qarmon ustası Avtandil İsrafilov tarixin bu günü dünyaya gözlərini açıb.Oxu.Az xəbər verir ki, Avtandil İsrafilov 1941-ci il yanvarın 24-də anadan olub.Əsl peşəsi aktyor olan məşhur sənətkar bəstələdiyi və qarmonda ifa etdiyi gözəl musiqiləri, rəqs havaları ilə sevənlərinin könlünü oxşamağı bacarıb.Mahir qarmon ifaçısı “Simrani”, “Elmira”, “Qızıl üzük”, “Küçələrə su səpmişəm”, “Məhərrəmkənd”, “Azərbaycan Təranələri”, “Cəlali”, “Qarabağ rəqsi”, “Naxçıvan rəqsi”, “Dağlar oğlu”, “Sevgilim” və s. ifaları ilə yaddaşlardadır.O, “Məhəllə” (2003), “Məhəllə-2 Moskvada” (2004), “Xalq Təranələri” filmlərində rol alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !