Avtobusda biabırçılıq: Sürücü qadını söydü - VİDEO

12:47 | 08.11.2016
Avtobusda biabırçılıq: Sürücü qadını söydü - VİDEO

Avtobusda biabırçılıq: Sürücü qadını söydü - VİDEO

Türkiyədə sürücüyə sual verib əvəzində kobud cavab alan və üstəlik təhqir olunan sərnişin onu işindən qovdurub.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, İstanbulda qadın sərnişin avtobusa minərkən sürücüyə: "Avtobus Zirvebeyden keçir?" - sualını verib. Lakin sürücü ona kobud cavab verib. Sərnişinlə sürücü arasında mübahisə yaranıb. Qadın telefonun kamerası ilə kişini videoya çəkib. Bu əsnada sürücü qadına fahişə deyib. Həmin anlar telefonun kamerasına düşüb. Qadın avtobusdan düşdükdən sonra bu barədə sosial şəbəkədə paylaşım edib və sürücünün adını, avtobusun nömrəsini aidiyyatı qurumlara təqdim edib.

Qadını təhqir edən sürücü işdən qovulub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM