• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Avtobuslarda qiymət artımı: Ekspert şərh edir

Avtobuslarda qiymət artımı: Ekspert şərh edir
09.09.2014 11:38

Tarif Şurası “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 26 aprel, 2013-cü il tarixli, 1 saylı qərara dəyişiklik edib. 

Bakıətrafı qəsəbələrə işləyən marşrutlarda məsafənin dəyişməsi ilə əlaqədar avtobuslarda qiymətlər də dəyişib. Məsələ, Bakıətrafında işləyən 195 nömrəli marşrut avtobusunda gediş haqqı əvvəllər 40 qəpik idisə, indi 80 qəpik olub.  

ANN.Az məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramovun münasibətini öyrənib. 

Ekspert qeyd etdi ki, Tarif Şurası qiymətləri artırılması ilə bağlı qərar qəbul etməyib. Sadəcə bəzi şəhərətrafı nəqliyyat xətlərinin genişləndirilməsinə uyğun olaraq, həmin nəqliyyat vasitələrində qiymətlərin müəyyən olunması ilə bağlı qərar qəbul edib. 

“Nəticədə Bakıətrafına işləyən əksər sərnişin daşıyan nəqliyyat vasitələrində qiymət artımı olacaq. Bu qiymət artımı məqbul hesab olunmur. Amma bunun iqtisadiyyata ciddi ziyan vuracağını gözləmirik. Bakıətrafından gətirilən kənd təsərrüfatı məhsulları əsasən digər maşınlarla daşınılır. Bu amil şəhərdən kənarda yaşayan insanların nəqliyyat xərclərinin artmasına gətirib çıxaracaq. Nəticədə bu, insanların sosial vəziyyətinə mənfi təsir edəcək. Ona görə də qiymət artımının olması məqsədəuyğun deyil. 

Biz qəbul edirik ki, qiymətlər aşağıdır. Aşağı qiymətlər nəqliyyatın rentabelli işləməsinə mane olur. Qiymət artımlarının mərhələli və az faizlə artırılması daha məqsədəuyğundur. Bir marşrutda qiymətin birdən-birə iki dəfə artması heç də doğru deyil”. 

Tarif Şurasının gedişhaqqlarını dəyişdiyi sərnişin avtobuslarının siyahısı ilə bu linki tıklamaqla tanış ola bilərsiniz: http://annet.az/xeber-tarif-uras-avtobuslarda-qiymtlri-dyidi-t19697.html

Mehman 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol