Əfqanıstanın müvəqqəti hökuməti "Taliban”ın xarici işlər naziri Əmir Xan Müttaqinin rəhbərliyi ilə nümayəndə heyəti Ankaradadır.
"Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə XİN-də nazir Mövlud Çavuşoğlu ilə nemayəndə heyətinin görüşü keçirilib.
"Çox sayda əfqan qaçqın bizdə və digər ölkələrdədir. Onlardan bəziləri ölkəsinə dönmək istəyir. "Taliban” həmin insanların qayıtmalarına dəstək göstərəcəyini söylədi. Əlavə köç axınının olmaması üçün nələr edə biləcəyimizi danışdıq.
"Taliban” hökumətinə qadınların iş həyatına qatılması, qadın, uşaq və qızların təhsili mövzularında tövsiyələr verdik. Bunun Qərb ölkələrinin ilk şərti olaraq yox, İslam dünyasının gözləntisi kimi qəbul etmələrini dedik. Bizim Maarif Vəqfimizin çox sayda məktəbi var, onların 14-ü qızlar üçündür.
Bizim orada yaşayan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızı gündəmə gətirdik.
Əfqanıstana humanitar yardımların çatdırılması davam etdirilməlidir. Sonuncu dəfə 33 ton yardım tələbini Pakistana çatdırdıq. Əfqanıstan iqtisadiyyatı çökməməlidir. Terrorla mübarizədə boşluq yaranarsa, terror təşkilatlarının hücumları artıracağını görürük”, - deyə Çavuşoğlu çıxışında söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !