Dünən axşam saatlarında Bakitab-da Azad Yazarlar Ocağının toplantısı keçirilib. Qurumun son illərki fəaliyyəti ilə bağlı müzakirələr aparlıb və yeni sədr seçilib. Üzvlərin səs çoxluğu ilə, yazıçı-tərcüməçi Namiq Hüseynli növbəti bir ildə AYO-ya rəhbərlik edəcək.
AYO yeni nəsil Azərbaycan yazıçılarının müstəqil təşkilatıdır, 2001-ci ildə yaradılıb. İlk sədri Rasim Qaraca olub.
Daha sonra quruma Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey və Günel Mövlud rəhbərlik ediblər.
Namiq Hüseyinli 1986-cı ildə anadan olub. “Ağac” tərcümə dərgisinin redaktorudur. Alman və rus dillərindən tərcümə kitablarının müəllifidir. Hal-hazırda Azadlıq Radiosunda çalışır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !