Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT

14:16 | 09.01.2023
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT

Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT

Qarabağın Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bunu Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
 
"Bütün şəhərlərin Baş planları təsdiq edilib və bərpa-quruculuq işlərinin baş planları əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq”, - İlham Əliyev bildirib.
 
O qeyd edib ki, Eyvazxanbəyli kəndində müasir atçılıq kompleksi yaradılması işlərinə artıq start verilib.
 
Ağdam rayonunun Eyvazxanbəyli kəndi Maqsudlu kənd inzibati ərazi dairəsində yerləşir.
 
Azərbaycanın Qarabağ ərazisində yerləşən şəhərləri  1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və 2020-ci ilin sentyabrında aparılan 44 günlük müharibə nəticəsində azad edilib. 
 
2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün, ümumilikdə,  3 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 330 milyon və ya 12,4 faiz faiz çoxdur. 
 
2021-ci ildı Qarabağda yenidənqurmalar üçün 2 milyard 178 milyon manat vəsait xərclənib. 2022-ci ildə bu rəqəm 2 milyard 670 milyon manata çatdırılıb. 

Lida Abbaslı

www.anews.az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM