Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident

13:45 | 09.01.2023
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident

Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident

Bölgələrdə açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılmalıdır. Bunu Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
 
"Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar”, - Prezident bildirib.
 
O bildirib ki,  Azərbaycanın əksər yerlərində hava şəraitinin il boyunca müsbət olduğu nəzərə alınsa açıq havada idman meydançalarının yaradılması həm insanların sağlamlığına, həm də bütövlükdə idmanın inkişafına müsbət təsir edə bilər. 
 
Hazırda Bakıda salınan Mərkəzi parkda inventarla təmin olunmuş idman meydançaları düzəldilib.  Bu təcrübə şəhərin yeni salınan digər parklarında da tətbiq edilir.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb