Mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.
Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləyib, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərib.
2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.
Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət” və 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Xatırladaq ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.///report
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !