• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
10.07.2025 19:31

Naxçıvanda ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, yararlılıq müddəti bitən 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb.

"Report"un  məlumatına görə, Naxçıvan Muxtar Respublikasında dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal almasını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində müvafiq əmrlə işçi qrupu yaradılıb.

İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla muxtar respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 dönərxanada sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.

Sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün şəraitdə həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin olmadığı, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində qeyd olunan nöqsanların aradan qaldırılması təmin edilib.

Şübhəli məhsul hesab edilən çiy dönər, bişmiş dönər, mayonez və souslardan nümunələr götürülərək NQTİ və AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilmiş, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilib.

Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərarveriləcəkdir.

Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol