• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti

Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
11.07.2025 00:05

 ABŞ Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına yönəlmiş səyləri dəstəkləyir. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Açıqlama, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş görüşdən sonra səsləndirilib.

“Biz Cənubi Qafqazda sülh və sabitliyin təşviqinə yönəlmiş səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda əlavə məlumat verməyə hazır deyilik,” –  Bryus bildirib.

O, həmçinin ABŞ-ın mövcud administrasiyasının yanaşmasını vurğulayaraq qeyd edib ki, prezident Donald Tramp və dövlət katibi Mark Rubionun bölgədə sülhə dair yanaşmaları aydındır.

“Prezidentin Nazirlər Kabinetinin son iclasında söylədiyi fikirlər də bunu təsdiqləyir: Bu administrasiya sülhə sadiqdir,” – Bryus əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş keçirilib. Görüşdə danışıqların davam etdirilməsi barəsində birgə razılıq əldə olunub. 

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol